Müğənni İslam Rzayevin repertuarına müraciət etdi

Müğənni İslam Rzayevin repertuarına müraciət etdi

"Xalq ulduzu" yarışmasının yadda qalan və sevilən iştirakçısı müğənni Kamil Cəfərov xalq artisti İslam Rzayevin repertuarına müraciət edib. SİA-ya açıqlama verən ifaçı bəstənin seviləcəyinə ümid edir: "Ölməz sənətkar İslam Rzayevin ifa etdiyi mahnıları çox bəyənirəm. Kiçik yaşlarımdan "Mənalı günlər" mahnısına daha çox qulaq asırdım. Ara sıra bu mahnını məclislərdə zümzümə etsəm də nədənsə lentə aldırmaq barədə düşünmürdüm. Amma daha sonra dostlarım məsləhət gördülər ki, bu mahnını öz repertuarıma daxil edim. Bu bəstəyə ümidlərim böyükdür. Güman edirəm ki, mahnı mənim ifamda da bəyəniləcək".

Qeyd edək ki, mahnının söz və musiqisi Bəhram Nəsibovun, aranjemanı isə İlkin Valehoğluna məxsusdur.

Bütün xəbərlər Facebook səhifəmizdə