Sərdar Cəlaloğlu: “Təranə və Nazənin küçədə qalmış insanlardır” AÇIQLAMA-FOTO

Son zamanlar gündəmi zəbt edən müğənnilər Təranə Qumral və Nazənin xoşagəlməz davası hələ də aktual mövzu olaraq qalır. Onların efirdə bir-birlərinə qarşı tərbiyəsiz sözlər işlətməsi cəmiyyətimizdə birmənalı qarşılanmır.

Məsələ ilə əlaqədar olaraq Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu SİA-ya münasibət bildirib: "Bütün telekanallar Azərbaycan xalqının əxlaqına zidd olan layihələr ərsəyə gətirirlər. Daha sonra cəmiyyətimizə özünə idarə edə bilməyən insanları təqdim edirlər. Xalqımıza yalnış mesajlar göndərirlər. Bu insanların sənətlə heç bir əlaqəsi yoxdur. Küçədən gəlmiş insanlardırlar. Amma camaata dərs deyirlər. Dövlətinin adət-ənənəsini heçə sayan ifaçılardan nəsə ummmaq düzgün deyil. Xüsusi ilə qeyd edim ki, belə verilişlərin sayəsində ailədaxili münaqişələrimiz çoxalır. İnsanlar kimliyini itirir. Hətta torpağımızın müdafiəsinə belə qalxmaq istəmirlər.

Bildiyiniz kimi bir müddət öncə bir çox verilişlərə qadağalar qoyuldu. Həmin layihələr məhz əxlaqla bağlı olan verilişlər idi. Hazırda efirlərdə yüngül xarakterli verilişlər çoxdur. Buna stop demək lazımdır.

Sonda onu da qeyd edim ki, hazırda məhərrəm ayındayıq. Ancaq efirlərimizdə toy-bayram və ucuz əyləncələr yayımlanır. Heç bir kanalda xalqımızın tarixi ilə bağlı layihələrə rast gələ bilmərik. Ona görə də Azərbaycan televiziyasına baxan çox az kütlə var".

Bütün xəbərlər Facebook səhifəmizdə