Hit mahnıların müəllifi Tural Bayraməliyev serialı üçün soundtrek yazıb. "Hər şeydə sən varsan" adlanan həzin melodiya Türkiyədə aranjeman olunub. SİA-nın verdiyi xəbərə görə, təklif bəstəkara serialın rejissoru Natiq Novruzovdan gəlib. Böyük musiqiçi heyətin iştirakı ilə yazılan soundtrek yaxın günlərdə kanallardan birində yayıma başlayacaq "Tələ" serialında səsləndiriləcək.
Qeyd edək ki, bu, Turalla Natiq Novruzovun növbəti iş birliyidir. Rejissor bundan öncə, söz və musiqisi Tural Bayraməliyevə məxsus "Azərbaycan" mahnısını ekranlaşdırıb. Mahnını əməkdar artistlər Gülyaz və Gülyanaq Məmmədova bacıları oxuyub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB