Müğənni Kərim Abbasov "avtoşluq" etdiyi üçün ötən gün saxlanılmışdı. SİA-nmın verdiyi məlumata görə, sənətçi artıq azadlığa buraxılıb. Bu haqda ifaçı şəxsi "İnstaqram" səhifəsində yazıb: "Hər gecənin bir gündüzü var. Vəkilim Zülfiyyə xanımla ağır gündən sonra yenə də qalib gəldim. Düşmənlərim bu dəfə də sevinə bilmədilər. Sevinciniz ürəyinizdə qaldı".
Qeyd edək ki, bir neçə gün bundan əvvəl sosial şəbəkədə müğənni Kərimin "avtoşluq" edərkən çəkilmiş videosu yayılıb. Bundan sonra yol polisi araşdırmalara başlayıb. Yüksək sürətlə hərəkət edən avtomobilin sürücüsü Kərim Abbasov saxlanılıb. Onun maşını cərimə meydançasına aparılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB