Söz-söhbətli "Möhtəşəm maşın" şousunun növbəti buraxılışı bayram əhval-ruhiyyəli keçib. SİA-nın verdiyi xəbərə görə, verilişdə müğənnilərdən Zamiq Hüseynov, Elçin Hüseynov, Aşıq Əli və başqaları iştirak edib. Onlar mahnılarını səsləndirərək xoş əhval-ruhiyyə yaradıblar.
Verilişdə maraqlı məqamlardan biri isə iştirakçılarla ailələri arasında əlaqə yaradarkən yaşanıb. Belə ki, hər 3 finalçının ailə üzvləri müsahibə vasitəsilə iştirakçılara öz xoş sözlərini ünvanlayıb. Bu video çarxlardan kövrələn iştirakçılar göz yaşlarına hakim ola bilməyib.
Qeyd edək ki, aparıcı Aydan Axundova, dicey Çina və klarnet ifaçısı Hüseyn Məhəmmədoğlu verilişin finalçılarıdır.
.jpg)
.jpg)
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB