Azərbaycanlı müğənni Kərim Abbasov yaradıcılığında yeniliklər edir. Dayanmadan çalışan sənətçi bir neçə bəstələr hazırlayır. Bu haqda SİA-ya Kərimin özü danışıb: "Hazırda Məhərrəmlik ayı olduğu üçün bir çox mahnılar üzərində çalışıram. İndi üzərində işlədiyim bəstə "Mənə bir az ondan danış" adlanır. Onu da ərsəyə gətirdikdən sonra "Yox unutmadım" hitinə klip çəkdirəcəm. Bir sözlə, dayanmadan yaradıcılığımla məşğulam".
Qeyd edək ki, Kərimin yaxın vaxtlarda ərsəyə gətirdiyi "Sevəcəm" klipi də bir çox insanlar tərəfindən sevilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB