“Həmid”in öz toyundan imtina etməsi böyük səs-küy doğurdu

“Həmid”in öz toyundan imtina etməsi böyük səs-küy doğurdu

Hər həftənin bazar ertəsi hamının maraqla izlədiyi "Sənə İnanıram" serialı bu gün də tamaşaçıların qarşısına gələcək. SİA-nın verdiyi xəbərə görə, serialın baş rollarında Ruslan Sabirli, Tamilla Həmidova, Şəfəq Əliyeva, Rasim Cəfərov, Rəşad Səfərov, digər rollarda Şəlalə Şahvələdqızı, Nəsibə Eldarova, Minarə Allahverdiyeva, Lalə Məmmədova, Çimnaz Soltan, Dəniz Tacəddin, Kamil Zeynalov, Cövdət Şükürov, Nuriyyəxanım Əhməd, Gülnarə Abdullayeva, Siyavuş Mahmudov, Mirzə Ağabəyli, İkram Əliyev, Elnur Abbasov, Ülfət Bəşir və başqaları iştirak edirlər.

Nəzərinizə çatdıraq ki, "Həmid"in öz toyundan imtina etməsi bu seriyada böyük səs-küy doğurub. Növbəti bölümlərdə nələrin yaşanacağı sizlər üçün də maraqlıdırsa, serialı izləməyi unutmayın.

Qeyd edək ki, Varisin eyniadlı əsəri əsasında çəkilən "Sənə inanıram"serialı 28 oktyabr saat 22:15 Xəzər televiziyasında yayımlanacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə