Xalq artisti Aygün Kazımova vətənə yeni mahnılarla qayıdacaq. SİA-nın verdiyi xəbərə görə, sözləri və musiqisi Ramal İsrafilovun olan "Biletimi alma" bəstəsini sənətçi sevənlərinə təqdim edəcək.
Nəzərinizə çatdıraq ki, xalq artisti oktyabrın 10-da "Azərbaycan bayrağı" mahnısını təqdim edəcək.
Qeyd edək ki, Aygün Kazımovanın Türkiyədə yazdığı mahnıların aranjemançısı Mert Eli İçellidir.


Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB