Xalq artisti uşaqlara kömək etdi FOTO

Xalq artisti uşaqlara kömək etdi FOTO

Xəbər verdiyimiz kimi, "12 MAY"Group və "Xəyal" Production 13-20 sentyabr tarixlərində "Dəstək ver" silsiləsindən "Cazibəli rənglər" layihəsini həyata keçirir. SİA-nın verdiyi xəbərə görə, bir həftə boyunca davam edəcək layihə çərçivəsində 7 saylı Saray internat evinin sakini 21 yaşlı Nəzakət Muradovanın muncuqdan və müxtəlif dekororativ əşyalardan hazırladığı dekor işləri və 282 saylı məktəbin 6-cı sinif şagirdi fiziki qüsurlu Samirə Hüseynovanın yağlı boya ilə çəkilmiş rəsm əsərlərinin sərgisi keçirilir.

Sərgiyə tamaşa etməyə gələnlər arasında tanınmış simalar da iştirak edib. Onlar arasında xalq artisti Canəli Əkbərov, şair Səlim Babullaoğlu, Azərbaycan əsilli türk müğənnisi Gökhan Erol və başqaları olub.

Qeyd edək ki, tanınmış qonaqlar sərgiyə tamaşa etdikdən sonra yardım məqsədi ilə satışda olan rəsm əsərlərindən bir neçəsini alıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə