Xalq artistinin konserti lentə alındı

Xalq artistinin konserti lentə alındı

İctimai televiziyada xalq artisti Brilliant Dadaşovanın solo konserti lentə alınıb. SİA-nın verdiyi xəbərə görə, müğənni Rauf Məmmədovun, Ələkbər Tağıyevin, Andrey Babayevin, Elza İbrahimovanın, Kamalın mahnılarını ifa edib. Konsertin redaktoru Fuad Vəlixanov, rejissoru Aqil Məmmədovdur. Bu, İctimai televiziyada son 8 ildə çəkilən ilk solo konsertdir.

Qeyd edək ki, B. Dadaşovanın tele- konserti növbəti həftələrdə də nümayiş etdiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə