Hər həftə Lider Tv-də yayımlanan "Klip parad" verilişində "Müğənnilərin aparıcılıq, aparıcıların isə müğənnilik etmələri" adlı mövzu ortaya qoyulub. Verilişin qonaqları Samir Priyev və teleaparıcı Lalə Əlimuxtarova bu haqda danışıblar.
Daha sonra veriliş zamanı Samir xalq artisti Aygün Kazımova haqqında inanılmaz fikirlər irəli sürüb. İfaçı maraqlı açıqlama verərək bu vaxtadək öz səsinə qulaq asa bilmədiyini də etiraf edib. Lalə isə Azərbaycanda birinci gördüyü aparıcının adını açıqlayıb. Qonaqlar sonda "Lalələr" mahnısını birgə ifa ediblər.
Nəzərinizə çatdıraq ki, Lider Tv-də yayımlanan "Klip parad" verilişinin aparıcısı Elşad Süleymanov, prodüsseri Pərviz Oqtayoğlu, layihə rəhbəri isə Nail Naiboğludur.
Qeyd edək ki, verilişin informasiya dəstəyi Səs İnfarmasiya Agentliyinə məxsusdur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB