Azərbaycan müğənnisi Sevda Yahyayeva və pop-ulduz Rihanna mikrofonlarını birləşdirdi
Azərbaycan şou-biznesinin sakit xanımlarından olan müğənni Sevda Yahyayeva bu dəfə mikrofonu ilə şou-gündəmini zəbt edib. Svarovski qaşlarla bəzədilən mikrofonun eynisindən yalnız amerikalı ulduz Rihannada olduğunu deyən Sevda səhnə atributu ilə sözün əsl mənasında fəxr edir: "Həmişə çalışmışam ki, hamıdan fərqlənim. Düzdür, mikrofonumun qiyməti bir az baha olsa da ondan istifadə etməyə dəyər. Çünki Rihannada olduğu kimi, mənim mikorfonumun da üzərində Sevda sözü yazılıb".
SİA -ya danışan müğənni bildirdi ki, mikrofon xüsusi sifarişlə Amerikada yerləşən zərgərlik emalatxanalarının birində məxsusi olaraq onun üçün hazırlanıb: "Sənsiz" mahnıma çəkilən klipdə tamaşaçılar qızılı rəngli olan mikrofonu görüblər. Amma bununla heç bir həmkarıma acıq vermək istəmirəm. Əsas yaradıcılığımla gündəmdə qalmaq istəyirəm"- Yahyayeva fikirlərini belə tamamladı.
Əldə etdiyimiz məlumata görə, Sevda bu mikrofonu əldə etməkdən ötrü düz 20 min avro pul xərcləyib. Müğənni təvazökarlıq nümayiş etdirib qiymət haqda danışmamağa üstünlük verdi.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB