Məşhur aktrisa-müğənni Cennifer Lopez Ben Afflek və Cennifer Qarnerin yenidən bir araya gəlməsi haqqında yayılan söz-söhbətlərdən sonra yeni münasibətə başlamaq qərarına gəlib. SİA xəbər verir ki, “PageSix” məlumat yayıb. “Cennifer yenidən çölə çıxmağa hazırdır və o, sevgi tapmaqdan əl çəkməyib. Dostları onu görüşməyə təşviq edir və o, mütləq yeni biri ilə görüşməyə açıqdır. Bu dəfə o, ictimaiyyətin diqqətində olmayan biri ilə münasibət qurmağı düşünür, lakin özünü heç bir konkret tiplə məhdudlaşdırmır”, - deyə insayder bildirib. Martın 2-də paparassilər Ben Afflek və Cennifer Qarneri Combat Paintball Parkında uşaqları ilə peyntbol oynayarkən yaxalayıblar. Fotoqraflar aktyoru keçmiş həyat yoldaşına qarşı hisslərini əks etdirən görüntüləri lentə alıblar. Afflek Qarneri qucaqlayıb və ona yaxınlaşıbı. Lakin sənətçi keçmiş ərinin hərəkətlərinə heç bir reaksiya verməyib.
Bütün xəbərlər Facebook səhifəmizdə