Şəbnəmə İstanbulda 2 milyonluq ev hədiyyə etdilər

Doğum gününü qeyd edən müğənni Şəbnəm Tovuzluya rəfiqəsi tərəfindən İstanbulda bahalı ev hədiyyə edilib. SİA xəbər verir ki, "Rəngarəng" verilişində qonaq olan müğənni bu hədiyyədən xəbərsiz olub. Rəfiqəsinin bu addımı sənətçini təəccübləndirib və o belə bahalı hədiyyəni qəbul edə bilməyəcəyini deyib: "Allah şahiddir ki, bundan xəbərsiz idim və mən belə bahalı bir hədiyyəni qəbul edə bilmərəm. Gulya xanım mənə konsertlər təşkil edib, sponsor olub. Biletlərimiz də çox gözəl satılır. Amma mən bu hədiyyəni qəbul edə bilmərəm, ona qıymaram. Bacı kimi hər zaman yanımdasınız, bu mənə bəsdir".

Bütün xəbərlər Facebook səhifəmizdə