Sinan Akçıldan Aleyna ilə bağlı eşq etirafı

Sinan Akçıl qatıldığı proqramda "survivor" yarışmasının iştirakçısı Aleyna Kalaycıoğlu ilə bağlı açıqlamalar edib. SİA Türkiyə mətbuatına istinadən xəbər verir ki, Akçıl Aleyna haqqında "Demet Akalınla bir dəfə evimə gəlib. O vaxt onun sevgilisi var idi" deyə bildirib.

Daha sonra Akçıl, Aleynanı sevgilisindən ayırdığını da etiraf edib: "O zaman mənim boşanmağıma səbəb kimi Aleyna göstərilirdi. Amma etiraf edim ki, onu sevgilisindən mən ayırmışam. Bu, mənim boşanmağımdan çox sonra olub. Aleyna mənimlə bir yerdə olmaq istəyirdi. Sevgilisindən ayrılandan sonra bizim münasibətimiz başladı".

Bütün xəbərlər Facebook səhifəmizdə