“Qərb Paşinyandan sülh müqaviləsinin imzalanmasını tələb edir” AÇIQLAMA
“Paşinyanın harada çıxış etməsindən asılı olmayaraq onun danışığında heç vaxt səmimiyyət olmayıb və heç vaxt da olmayacaqdır”. Bunu millət vəkili Azər Badamov “Səs” qəzetinə açıqlamasında bildirib.
Onun sözlərinə görə, Paşinyan parlamentdə çıxış edərək Azərbaycanla sülh müqaviləsi imzalamağa hazır olduğunu bildirməsi də sadəcə Qərb auditoriyası üçün göstərdiyi növbəti şou olduğunu hesab edirəm: “Qərb Paşinyandan Azərbaycanın təqdim etdiyi 5 baza prinsipi əsasında sülh müqaviləsinin imzalanmasını tələb edir. Paşinyan Praqada hətta Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bəyan etdi. Ölkəsinə qayıdandan sonra yenə Qarabağda yaşayan ermənilərlə bağlı sərsəm açıqlamalar verdi. Azərbaycan Qarabağda yaşayan erməniləri Azərbaycan vətəndaşları olduğunu və ölkə daxili məsələləri kimlərləsə müzakirə etmək niyyətində olmadığını bəyan etmişdir. Azərbaycanın mövqeyi ilə bütün dünya razılaşmışdır. Amma Qafqazda sülhün olmasını istəməyən 1-2 dairə ermənilərə süni nəfəs verərək ruhlandırır və sülh müqaviləsinin imzalanmasına mane olmağına çalışır. Paşinyanın parlamentdə çıxışı zamanı qeyd etdiyi kimi, Azərbaycanla sülh müqaviləsinin imzalanmasına həqiqətən hazırdırsa bu müqavilənin imzalanması üçün necə hazır olduğunu bildirsin. Təbii ki, bu sualın cavabını Paşinyan vermir. Bəli, əgər Paşinyan öz sözündə səmimidirsə bəyan etsin ki, əlavə əmması olmadan Azərbaycanla sülh müqaviləsinin imzalanmasına hazırdır. Paşinyan təbii ki, belə etmir”.
A.Badamov onu da bildirdi ki, Paşinyan sülh müqaviləsinin imzalanmasına hazır olduğunu bildirməklə başqa məkrli planları reallaşdırmaq istəyir: “Təbii ki, belə məsələlərə Azərbaycan heç vaxt imkan verməyəcək və bu mümkün deyil. Sülh müqaviləsini imzalamaq üçün Azərbaycanın təqdim etdiyi gündəlik var və Ermənistan həmin gündəliyi qəbul etməyə borcludur. Əks halda sülh müqaviləsinin imzalanması sadəcə olaraq görüşlərdə danışıqlar mövzusuna çevriləcək uzun bir prosesə çevriləcəkdir”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB