“Postmüharibə dövründə informasiya təhlükəsizliyi” - KONFRANS

“Postmüharibə dövründə informasiya təhlükəsizliyi” - KONFRANS

“Müasir İnternet Resuslarının İnkişafı” İctimai Birliyinin təşkilatçılığı ilə “Postmüharibə dövründə informasiya təhlükəsizliyi” mövzusunda mətbuat konfrans keçirilib. SİA xəbər verir ki, mətbuat konfransında “Müasir İnternet Resurslarının İnkişafı” İctimai Birliyinin sədri Zamin Zeynal, birliyin sədr müavini şair-publisist Sərvaz Hüseynoğlu, “Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyası” İctimai Birliyi idarə heyətinin sədri Elvin Abbasov, AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunun şöbə müdiri Rasim Mahmudov, “Dayaq” Vətən müharibəsi Əlilləri və Şəhid Ailələrinə Dəstək Təşkilatının sədri Qalib Əliyev, ictimaiyyət nümayəndələri, QHT sədrləri və digərləri iştirak ediblər.

Zamin Zeynal qeyd edib ki, 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Ordumuz tarixi Zəfər qazanıb. Azərbaycan döyüş meydanında olduğu kimi, həm də informasiya cəbhəsində düşmənin miflərini darmadağın etməklə həqiqətin bərqərar olması üçün geniş imkanlar yaratdı. Onun sözlərinə görə, informasiya müharibələri hər zaman olub və olacaq. Buna görə də, hər kəs bu sahədə fəallıq göstərməlidir.

Qurum rəhbəri onu da xüsusi olaraq vurğulayıb ki, dünyada gedən informasiya müharibəsi fonunda Azərbaycanda vətəndaş cəmiyyəti institutları bütün informasiya platformalarında ayıq-sayıq olmalıdır.

Tədbirdə çıxış edənlər bildiriblər ki, informasiya müharibəsi yeni texnoloji vasitələrlə davam edir və milli vətənpərvər ruhda olan bütün sosial şəbəkə istifadəçiləri informasiya müharibəsində Azərbaycanın milli maraqlarını qorumağa xidmət etmək əzmində olmalıdır.

Bütün xəbərlər Facebook səhifəmizdə