Yeni Azərbaycan Partiyası aparıcı siyasi qüvvədir FOTOLAR

Yeni Azərbaycan Partiyası aparıcı siyasi qüvvədir FOTOLAR

11 Noybar 2022-ci il tarixdə Yeni Azərbaycan Partiyası Kəlbəcər rayon təşkilatı, Kəlbəcər rayon İcra Hakimiyyəti, Ekologiya və Təbii Sərvətlər nazirliyinin Göygöl Regional Meşə Təsərrüfatı Mərkəzi, 2 nömrəli Regional Avtomobil Yollarının Yaşıllaşdırılması və Ekologiyası MMC və 10 saylı Regonal Ekologiya və Təbii Sərvətlər İdarəsinin birgə təşkilatçılığı ilə YAP-ın 30 illik yübleyi münasibətilə Bakı-Qazax yolunun Goranboy rayonu ərazisində Ağacəkmə aksiyası keçirildi. Aksiyada 300 ədəd tut, göyrüş və şam ağacları əkildi.

Tədbirdə YAP-ın Kəlbəcər rayon təşkilatının sədri Həbib Misirov, rayon ictimaiyyəti, Ərazi Partiya təşkilatlarının sədrləri və fəal partiya üzvləri iştirak ediblər.

Tədbirdə Kəlbəcər rayon təşkilatının sədri Həbib Misirov çıxış edərək qeyd etmişdir ki, Azərbaycanın tarixinə unudulmaz və möhtəşəm bir gün kimi daxil olan 1992-ci il 21 noyabr tarixi ölkəmizin ictimai-siyasi həyatında yeni başlanğıc nöqtəsi oldu.

Yeni Azərbaycan Partiyası aparıcı siyasi qüvvə kimi fəaliyyət göstərdiyi 30 ildə bütün qüvvə və bacarığını xalqa xidmətə yönəldərək, əhəmiyyətli uğurlara imza atıb. Partiyanın yaradıcısı Ümummilli lider Heydər Əliyevin müstəqil, demokratik, hüquqi dövlət quruculuğu yolunda gərgin fəaliyyəti Azərbaycanın bu gününü və gələcək taleyini müəyyən edib.

Yeni Azərbaycan Partiyası ötən 30 ildə uğurla inkişaf edib, Azərbaycana möhtəşəm nailiyyətlər qazandırıb.
Bu gün Yeni Azərbaycan Partiyası Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə uğurla inkişaf edərərk, ölkəmizi qalib dövlət kimi beynəlxalq arenalarda siyasi güc, söz sahibinə çevirmişdir.

Həmçinin, təşkilat sədri Həbib Misirov aksiya iştirakçılarına bu cür xeyirxah işə qoşulduqlarına görə təşəkkür edib və keçirilən bu aksiyanın ölkəmizdə ətraf mühitin mühafizəsi, yaşıllıqların artırılması və ekoloji təhlükəsizliyin təmin edilməsinə mühüm töhfə verəcəyini bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə