Oğuz rayonunda 5900 ağac əkilib FOTOLAR

Oğuz rayonunda 5900 ağac əkilib FOTOLAR

Yeni Azərbaycan Partiyasının təsis edilməsinin 30 illiyi münasibətilə Oğuz rayonunda ağacəkmə aksiyası keçirilib. Yeni Azərbaycan Partiyasının təsis edilməsinin 30 illiyi münasibətilə respublikanın bütün rayonlarında olduğu kimi 11 noyabr 2022-ci il tarixində Oğuz rayonunda ağacəkmə aksiyası keçirilib. Aksiyada Oğuz rayon icra hakimiyyətinin başçısı Eyvaz Qurbanov, YAP Oğuz rayon təşkilatının sədri Saleh Məhərrəmov, Qəbələ Regional Meşə Təsərrüfatı mərkəzinin direktoru Ramin Lətifov, 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin nümayəndələri, rayonun idarə və müəssisə rəhbərləri, ərazi partiya təşkilat sədrləri və çoxsaylı partiya fəalları iştirak ediblər. Aksiyada Oğuz şəhərində Zərifə Əliyeva adına parkda və Qəbələ Regional Meşə Təsərrüfatının Xaçmaz meşəbəyliyinin ərazisində 3 hektar sahədə 5900 ədəd ağac, o cümlədən cökə, xan çinarı, şaftalı, göyrüş, ağcaqayın ağacları əkilib.

Zümrüd BAYRAMOVA

Bütün xəbərlər Facebook səhifəmizdə