YAP Ağcabədi rayon təşkilatı noyabr ayının 11-də Yeni Azərbaycan Partiyasının təsis edilməsinin 30 illiyi münasibətilə ağacəkmə kampaniyası keçirmişdir. Ağacəkmə kampaniyasında YAP Ağcabədi rayon təşkilatının sədri Rövşən Əhmədov başda olmaqla aparatın əməkdaşları, ərazi partiya təşkilat sədrləri və YAP fəalları iştirak etmişlər. 500 nəfərə yaxın YAP fəalının iştirak etdiyi kampaniyada Bəhrəmtəpə-Mingəçevir magistral yolunun Hacıbədəlli kəndi ərazisində, Ağcabədi-Beyləqan magistral yolunun Mehrablı kəndinin “Qum sahə” adlanan ərazisində və YAP Ağcabədi rayon təşkilatının mini parkının genişlənən hissəsində müxtəlif növ ağac əkilmişdir. Ümumilikdə, həmin gün adı çəkilən ərazilərdə 1000-dən artıq həmişəyaşıl, meyvə və meşə ağacı əvvəlcədən şumlanaraq arx çəkilmiş sahələrdə aqrotexniki qaydalara uyğun şəkildə əkilmiş və suvarılmışdır.
Zümrüd
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB