Vətən müharibəsi bizim şanlı tariximiz, şəhidlər və qazilər qürur mənbəyimizdir. Xalqımız və dövlətimiz qəhrəman övladlarının şücaətini daim yüksək qiymətləndirir, şəhidlərimizin ruhuna ehtiramla yanaşır, xatirəsini uca tutur. Müstəqil Azərbaycanımızın tarixinə qızıl hərflərlə yazılmış 44 günlük Vətən Müharibəsi şəhidlərinin ailələrinə, qazilərinə Nəsimi rayonunda da daim yüksək həssaslıqla yanaşılır, diqqət və qayğı göstərilir. Rayon İcra Hakimiyyəti başçısının və Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatının sədrinin, rayon ictimaiyyətinin və şəhidin ailə üzvlərinin iştirakı ilə Vətən müharibəsi şəhidi Tanrıverdiyev Nicat Şöhrət oğlunun şəhadət günündə əziz xatirəsi dərin hörmət və ehtiramla yad olunub, məzarı üzərinə gül-çiçək dəstələri düzülüb. Daha sonra Vətən müharibəsi şəhidlərinin ruhuna ehsan süfrəsi verilib. Şəhidin ailə üzvləri göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.
Nəzakət Ələddinqızı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB