“Bütün bunlar Özbəkistan-Azərbaycan münasibətlərinin xeyli inkişaf etdiyini göstərir” - MÜNASİBƏT BİLDİRİLDİ
“Son dövrlərdə Özbəkistanın respublika olaraq inkişafı, onun beynəlxalq aləmə, o cümlədən Şanxay əməkdaşlıq təşkilatına, Türk dünyasına, Türk dövlətləri təşkilatına inteqrasiya olunması, üzv olaraq fəaliyyətini daha da gücləndirilməsi, ümumiyyətlə Özbəkistan prezidenti cənab Şövkət Mirzəyevin hakimiyyətə gələndən sonra Özbəkistanda hərtərəfli inkişafın təmin olunması və türk, region dövlətləri ilə münasibətlərin inkişafının gücləndirilməsi, həmçinin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Özbəkistan səfəri, Özbəkistan prezidentinin Azərbaycan səfəri, qarşılıqlı faydalı əməkdaşlıqla bağlı bir sıra sənədlərin imzalanması son dövrlərdə Özbəkistan-Azərbaycan münasibətlərinin xeyli inkişaf etdiyini göstərir”. Bu sözləri SİA-ya açıqlamasında Milli QHT Formunun prezidenti Rauf Zeyni deyib.

Onun sözlərinə görə, bütün bu məsələlərin hamısını nəzərə alaraq, Şanxay əməkdaşlıq təşkilatının Səmərqənd forumu və digər istiqamətləri nəzərə alaraq qeyd etmək olar ki, son dövrlərdə Özbəkistan-Azərbaycan arasında münasibətlərin xeyli inkişaf etməsi bundan sonra da Özbəkistan-Azərbaycan əlaqələrinin daha da yüksək səviyyədə yüksəlişinə və türk dövlətləri təşkilatında da bu ölkələrin müəyyən bir aparıcı rol oynamasına çox böyük təkan olacaq: “Bu bizim hamımızı, Azərbaycan-Özbəkistan ictimaiyyətini sevindirir və təbii ki, türk dünyasına da çox böyük təkan verir. Bu Türk dünyasının və Türk təşkilatının inkişafına çox böyük təkan verir. Düşünürəm ki, bu bizim, türk dünyasının, eyni zamanda Turanın gələcəyindən xəbər verir”.
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB