“Rusiya və ABŞ münaqişənin ədalətli həllində maraqlı deyillər” - AÇIQLAMA

“Rusiya və ABŞ münaqişənin ədalətli həllində maraqlı deyillər” - AÇIQLAMA

“Dövlət Departamenti rəsmisinin açıqlamasına sülh sazişinin sürətlənəcəyi kontekstində deyil, ABŞ-ın Cənubi Qafqaza olan geosiyasi maraqları kontekstində baxmaq lazımdır”. Bunu “Səs” qəzetinə açıqlamasında politoloq Elşən Manafov deyib.

Onun sözlərinə görə, Praysın bu açıqlaması heç də sülh sazişinin imzalanmasını sürətləndirməyə hesablanmayıb: “Dövlət Departamentinin bu açıqlamasına Vaşinqtonun bölgəmizdəki geosiyasi maraqları və Cənubi Qafqazda stabillik və təhlükəsizliyin təmin edilməsi kontenkstində yanaşmaq lazımdır. Avropa Birliyi ABŞ-la birlikdə bölgəmizdə təşəbbüsü Rusiyanın əlindən almaq və onu buradan ümumiyyətlə, vurub çıxarmağa çalışır. Bu da təbii ki, Xəzərin karbohidrogen ehtiyatlarının Avropanın enerji təhlükəsizliyində oynadığı rolla əlaqədardır. Vaşinqtonun həmin mövqeyi iki dövlət arasında münasibətlərdəki gərginliyin səngiməsi baxımından əhəmiyyətlidir. ABŞ-ı burada qayğılandıran amil bölgə ilə bağlı geosiyasi maraqları, Azərbaycan və Ermənistan arasındakı münasibətlər, regionun İrana yaxınlığı və Rusiyanın təsir dairəsi ilə bağlıdır. Tərəflərin məsələyə münasibətindən asılı olaraq problemin həlli istiqamətində hər hansı bir addımın atılması ehtimalı təbii ki, var. Əsas məqam odur ki, nə Rusiya, nə də ABŞ problemin ədalətli həllində maraqlı deyillər”.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə