Ombudsman təsisatının 20 illik yubileyi münasibətilə müsabiqə elan olunub

Ombudsman təsisatının 20 illik yubileyi münasibətilə müsabiqə elan olunub

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) 10 Dekabr – Beynəlxalq İnsan Hüquqları Günü və Ombudsman təsisatının 20 illik yubileyi (2002-2022) münasibətilə “Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatı - 20 il!” mövzusuna həsr olunmuş ənənəvi jurnalist yazı müsabiqəsini elan edir.
Bu barədə SİA-ya Ombudsman Aparatından bildirilib.

Müsabiqə üçün yazılar dekabrın 1-dək Ombudsman Aparatına (Ü.Hacıbəyli küçəsi, 80, Hökumət Evi, II qapı) təqdim edilməlidir. Müsabiqəyə ünvanlanmış yazılar qəzet və ya saytda dərc olunmalıdır.

Həmçinin Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) 10 Dekabr – Beynəlxalq İnsan Hüquqları Günü və Ombudsman təsisatının 20 illik yubileyi (2002-2022) münasibətilə “Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatı - 20 il!” mövzusuna həsr olunmuş ənənəvi uşaq rəsm müsabiqəsini də elan edib.
Müsabiqədə 18 yaşınadək uşaqlar iştirak edə bilərlər.

Rəsm əsərləri dekabrın 1-dək təqdim edilməlidir.

Qalib hesab edilmiş rəsmlər geri qaytarılmır.

Bütün xəbərlər Facebook səhifəmizdə