Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 17 noyabr 2009-cu il tarixli Sərəncamına əsasən , hər il noyabr ayının 9-u Azəərbaycan Respublikasının Dövlət Bayrağı Günü kimi qeyd olunur və ölkədə qeyri-iş
günü olan bayramların siyahısına daxil edilib. Azərbaycan Respublikasının Dövlət bayrağı Azərbaycan vətəndaşlarının milli həmrəyliyinin, vahid məfkurə ətrafında sıx birləşməsinin başlıca amillərindən biridir. Bayraq milli identikliyin təzahür formalarından biridir. Ən müqəddəs rəmzlərdən olan bayraq millətin varlığının, mövcudluğunun sübutu, müstəqil dövlətə sahib çıxmaq bacarığının əsas göstəricisidir. Ulu Öndər Heydər Əliyev demişdir: “Biz öz himnimizi, bayrağımızı özümüz qədər sevməliyik. Çünki bu, bizim
vətənimizə, millətimizə, dövlətimizə olan sədaqət, sevgi və məhəbbətin rəmzidir.”
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bayrağımız haqqında belə demişdir: “Bayrağımız eşidilən səsimiz, duyulan nəfəsimizdir. Bizim bayrağımız qürur mənbəyimizdir. Azərbaycan Respublikası müstəqilliyini bərpa etdikdən sonra Azərbaycanın Dövlət Bayrağı milli suverenliyin simvolu kimi ölkəmizin bütün vətəndaşları üçün müqəddəs dövlətçilik rəmzlərindən birinə çevrilib. Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan bu bayraq bizim azadlıq məfkurəsinə, milli-mənəvi dəyərlərə və ümumbəşəri ideallara sadiqliyimizi nümayiş etdirir”.
Azərbaycan Respublikasının Dövlət Bayrağı ilk dəfə 1918-ci ilin noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin iclasında qəbul edilmiş və 1920-ci ilin aprel ayınadək dövlət statusuna malik olmuşdur. Həmin bayraq 1990-cı noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri,
xalqımızın ümummilli lideri Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə keçirilən sessiyasında Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı kimi təstiq edilmişdir. 1991-ci ilin fevralın 5-də Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin vəsadətini qəbul edərək Azərbaycan Respublikasının Ali Soveti “Azərbaycan Respublikası Dövlət Bayrağı haqqında” Qanun qəbul edərək onu Dövlət bayrağı elan etmişdir.
Azərbacan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Azərbaycan Respublikasının paytaxtı Bakı Şəhərində Dövlət Bayrağı meydanının yaradılması haqqında “2007-ci il 17 noyabr tarixli Sərəncamı Dövlət
Bayrağının dövlət rəmzləri sırasında xüsusi yerini müəyyən edir.
Dövlət bayrağı respublikamızın dövlət qurumlarının və diplomatik nümayyəndəliklərinin binaları üzərində ucalır, mühüm beynəlxalq tədbirlərlərlə yanaşı, irimiqyaslı ictimai-siyasi toplantılarda, mədəni tədbirlərdə və idman yarışlarında qaldırılaraq milli birliyi təcəssüm etdirir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə müyyənləşdirilən və həyata keçirilən hərtərəfli düşünülmüş, qətiyyətli siyasətin nəticəsində, 2020-ci il 27 sentyabr tarixində başlayan Vətən müharibəsində Qəhrəman Azərbaycan Ordusu işğal altında olan torpaqlarımızı işğaldan azad etdi
və indi müqəddəs Azərbaycan Bayrağı ölkəmizin işğaldan azad edilmiş ərazilərində dalğalanır.
Milli Məclisin deputatı
Rauf Əliyev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB