Lerikdə şəhidin anım mərasimi keçirilib FOTOLAR

Lerikdə şəhidin anım mərasimi keçirilib FOTOLAR

Bu gün Lerik rayonun Bırkandul kəndində Vətən müharibəsi şəhidi Əliyev Elqaş Barat oğlunun anım mərasimi keçirilib.Mərasimdə Lerik Rayon İcra Hakimiyyətinin başçısı Əkbər Abbasov, YAP Lerik Rayon Təşkilatının sədri Malik Mirzəyev, hüquq-mühafizə orqanları, idarə, müəssisə, təşkilat rəhbərləri, ictimaiyyət nümayəndələri, Ərazi Partiya Təşkilatının fəalları, kənd sakinləri və şəhidin ailə üzvləri iştirak etmişlər.

Eyni zamanda 1-ci Qarabağ müharibəsi şəhidlərinində məzarı ziyarət olunub əziz xatirələri ehtiramla yad edilib. Xatırladaq ki, şəhid Əliyev Elqaş 12 fevral 1999-cu ildə Lerik rayonunun Bırkandul kəndində anadan olub.2017-ci ildə həqiqi hərbi xidmətə yollanıb, xidmət müddəti bitdikdən sonra isə müddətdən artıq xidmət edən hərbi qulluqçu kimi orduda fəaliyyət göstərib.

27 sentyabr 2020-ci ildə başlana İkinci Qarabağ müharibəsində cəbhənin müxtəlif istiqamətlərində şücaət göstərən Elqaş, 3 noyabr 2020-ci il tarixində Xocavənd rayonunun Qırmızı Bazar qəsəbəsi uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının medallarla təltif edilməsi haqqında Prezident İlham Əliyevin imzaladığı Sərəncamlara əsasən şəhid Fərziyev Balaş ölümündən sonra “Vətən uğrunda”, "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif edilib.

Allah bütün şəhidlərimizə rəhmət eləsin.

Bütün xəbərlər Facebook səhifəmizdə