“Zəfər Azərbaycan xalqına yaraşır” FOTOLAR

“Zəfər Azərbaycan xalqına yaraşır” FOTOLAR

05 noyabr 2022-ci il tarixdə Yeni Azərbaycan Partiyası Tərtər rayon təşkilatının Qərargahında 8 Noyabr – Zəfər Günü münasibətilə “Zəfər Azərbaycan xalqına yaraşır” mövzusunda tədbir keçirilib. Tədbirdə YAP Tərtər rayon təşkilatının sədri Eldar Əsədov, şəhid ailələri, qazilər, veteranlar, Ərazi Partiya Təşkilat sədrləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Əvvəlcə Ulu öndər Heydər Əliyevin və torpaqlarımızın işğaldan azad edilməsində canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan YAP Tərtər rayon təşkilatının sədri Eldar Əsədov ilk öncə tədbir iştirakçılarını qarşıdan gələn 8 Noyabr – Zəfər Günü və 9 noyabr Bayraq günü münasibətilə təbrik etdi. O, çıxış edərək bildirib ki, məhz Ali Baş Komandanımızın rəhbərliyi ilə Azərbaycan Ordusu ərazi bütövlüyümüzü bərpa etdi. Tarixi ədalət bərpa olundu. Cəbrayılda, Füzulidə, Zəngilanda, Qubadlıda, Ağdamda, Kəlbəcərdə, Laçında nəhayət, Azərbaycanın dilbər guşələrindən biri olan Şuşa şəhərində üçrəngli bayrağımızın dalğalanması Azərbaycan tarixinin ən parlaq səhifələrinini yazdı. Vətənin bütövlüyü, torpaqlarımızın azadlığı uğrunda şəhadətə ucalan bütün qəhrəman oğul və qardaşlarımız daim Azərbaycan xalqının qəlbində yaşayacaq, onların göstərdikləri qəhrəmanlıq isə tarixdə əbədi qalacaq.İndi Azərbaycan işğaldan azad olunan torpaqlarımızda quruculuq işləri görür. Müharibə vaxtı biz birləşərək zəfər qazandıq, bu gün də birləşərək, bir millət olaraq Qarabağın yenidən quracağıq.

Tədbirdə çıxış edən natiqlər – Statistika İdarəsi Ərazi Partiya Təşkilatının sədri Ədalət Məmmədov, Qarabağ Regional Təhsil İdarəsinin Tərtər rayon sektorunun müdiri Oqtay Sarıkişiyev , Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi Tərtər regional bölməsinin rəhbəri Vidadi Məmmədzadə, Vətən Müharibəsi iştirakçısı Səbuhi İbrahimov, Tərtər şəhər 3 saylı məktəbində müəllimi Kifayət Kərimova, Tərtər rayon Umudlu kənd tam orta məktəbində müəllimi Xuraman Axundov 2020-ci ilin sentyabrın 27-də 44 gün davam edən Vətən müharibəsində Rəşadətli Azərbaycan Ordusunun Ali Baş Komandanı möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə qazanılmış tarixi şanlı Qələbədən söz açıb, tarixi qələbə ilə başa çatan müharibədə vətənimizin igid oğullarının göstərdikləri qəhrəmanlıqlardan danışıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə