"Dövlət Bayrağı Günü tariximizin şanlı səhifələrindən biridir" - DEPUTAT ŞƏRH ETDİ

"Dövlət Bayrağı Günü tariximizin şanlı səhifələrindən biridir" - DEPUTAT ŞƏRH ETDİ

"9 noyabr Dövlət Bayrağı günü tariximizin şanlı səhifələrindən biridir". Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Musa Qasımlı bildirib.

Onun sözlərinə görə, 1918-ci il noyabrın 9-da Dövlət Bayrağının qəbul edilməsi ilə cumhuriyyət xadimləri milli dövlətçilik tatiximizdə bir ilkə imza atdılar: "Bolşeviklərin işğalı nəticəsində üçrəngli bayrağımıza son qoyulsa da 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin iclasında üçrəngli bayrağımız Ulu Öndər Heydər Əliyevin rəhbərliyi altında Dövlət Bayrağı qəbul edildi. Bununla da Bakıya müstəqil dövlətin atributlarını qəbul etmək tövsiyyə olundu.

Bayraq dövlətimizin ən ali atributlarından biridir. Bu bayraq uğrunda neçə qəhrəmanımız şəhidlik zirvəsinə ucalıb. 2020-ci il noyabrın 8-də Ali Baş Komandanın yürütdüyü uğurlu siyasət və Azərbaycan Ordusunun gücü nəticəsində 30 ilə yaxın işğal altında qalan torpaqlarımız işğaldan azad edildi. Üçrəngli bayrağımız işğaldan azad olunan bölgələrdə qürurla dalğalanır”.

Müəllif: Abutel İlhamqızı

Bütün xəbərlər Facebook səhifəmizdə