Bayraq çox ciddi siyasi, ideoloji və mənəvi simvoldur - DEPUTAT DANIŞDI
“Bayraq Günü bizim ən müqəddəs günlərimiz sırasına daxil olub. Bu gün Azərbaycanda bayraq barədə təsəvvürü olmayan, bayrağın bizim xalqımız, millətimiz üçün əhəmiyyətini hiss etməyən yoxdur. Hər kəs bilir ki, bayraq Azərbaycan üçün nədir. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Nizami Cəfərov bildirib.

Onun sözlərinə görə, biz bunu Azərbaycanın müstəqilliyi, ölkəmizin beynəlxalq aləmdə qazandığı nüfuz və öz torpaqlarımız uğrunda apardığımız mübarizədə qanlar tökərək, zəfər qazanmağımızla əldə etmişik: “Yəni bayraq bizim üçün artıq çox ciddi siyasi, ideoloji, mənəvi simvoldur.
Azərbaycan Prezidenti Azərbaycanın ən böyük bayrağını Bakı şəhərində dalğalandıranda ölkəmizdə kövrəlməyən bir vətəndaş təsəvvür etmək mümkün deyil. Bu mənada Azərbaycan bayrağına olan sevgimiz bizim üçün müstəqillik illərində qazandığımız ən böyük nailiyyətlərdən biridir.
Bu bayraq bizim ilk cümhuriyyətimizin qaldırdığı və müqəddəsliyini təmin etdiyi bir bayraqdır. Eyni zamanda, Azərbaycandan kənarda yaşayan Azərbaycan sevdalı insanlar həmişə bu bayrağa ehtiramla baş əyiblər və bayrağımızın dünyada tanınması üçün çalışıblar. Hazırda da Azərbaycan bayrağı dünyanın hər yerində dalğalanır. Bayrağımızın bütün dünya üzərində tanıdılmasında idmançılaırmız, mədəniyyət xadimlərimiz və ən önəmlisi də cənab Prezident başda olmaqla ictimai-siyasi xadimlərimizin rolu böyükdür. Bu gün Azərbaycan Bayrağı Gününü xüsusi bir gün, bayram olaraq qeyd etmək olduqca əhəmiyyətli və vacibdir”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB