Türkiyə taxıl böhranını bir daha həll etdi!

Türkiyə taxıl böhranını bir daha həll etdi!

Ərdoğandan “Putini necə razı saldınız?” sualına maraqlı cavab

Prezident Rəcəb Tayyib Ərdoğan taxıl dəhlizi böhranının aradan qaldırıldığını açıqlayıb. Dünyanı ayaq üstə saxlayan böhranı bir daha Türkiyə həll etdi. Prezident Ərdoğan Rusiyanın müdafiə naziri Sergey Şoyqunun milli müdafiə naziri Hulusi Akarla telefon əlaqəsi saxladığını və razılaşmanın bu gün saat 12:00-dan etibarən əvvəlki qaydada davam edəcəyini bildirdi. Ərdoğan ”Putini necə razı saldınız?” sualına da diqqətçəkən cavab verib.

Taxıl dəhlizi böhranı ilə bağlı hadisələr dünya tərəfindən yaxından izlənilirdi. Türkiyə Rusiya-Ukrayna müharibəsindən sonra yaranan taxıl böhranını uğurlu diplomatik gedişləri ilə həll etdi və dünyanı yeni qida problemindən xilas etdi. Rusiya razılaşmanın davam etməsini istəmədiyini bildirdikdə böhranın yenidən başladığını düşünənlər çoxluq təşkil edirdilər. Türkiyənin uğurlu diplomatik hücumları nəticəsində taxıl dəhlizi böhranı yenidən qardaş ölkənin rolu nə nüfuzu sayəsində həll edildi. Ərdoğan, 'Putini necə razı etdiniz?' sualına diqqətçəkən cavab verdi.

AK Partiyanın Qrup Toplantısında mühüm mesajlar verən prezident Rəcəb Tayyib Ərdoğan çıxışının sonunda dünyanın diqqətlə izlədiyi taxıl böhranı ilə bağlı müjdə verib. Prezident Ərdoğan Rusiyanın müdafiə naziri Şoyqunun milli müdafiə naziri Hulusi Akarla telefon əlaqəsi saxladığını və qərarını ona çatdırdığını bildirib. Şoyqu Rusiyanın razılaşmanı qəbul etdiyini və bu gün saat 12:00-dan başlayaraq əməliyyatın əvvəlki kimi davam edəcəyini həmkarı Akarın diqqətinə çatdırıb.

Prezident qrup toplantısında Şoyqu və Akarın çıxışını ictimaiyyətə açıqlayıb və böhranın aradan qaldırıldığını bildirib. Rəcəb Tayyib Ərdoğan çıxışında "Rusiyanı necə razı saldınız?" sualına “Bunu mənə buraxın, əvvəlcə Baydenə deyim”, deyə cavab verib.

Rusiya Müdafiə Nazirliyindən verilən yazılı açıqlamada, "Taxıl dəhlizi razılaşmasına qayıdırıq. Kiyevdən yazılı zəmanət almışıq", deyilib.

Ötən gün Rusiya prezidenti Vladimir Putin və prezident Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub. Putinlə Ərdoğan arasında söhbətin mərkəzində taxıl dəhlizi böhranı olub. Ərdoğan-Putin görüşündə mötədil mesajlar verilib. Məhz bu görüş sayəsində taxıl dəhlizi böhranı bu gün bir daha aradan qaldırılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə