“Qarabağla bağlı bütün məsələlər Azərbaycanın daxili işidir” - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ
“Ötən gün Soçidə ölkə başçılarının üçtərəfli növbəti görüşü baş tutdu. Mən mahiyyət etibarilə bunu Brüssel və əvvəlki Soçi görüşlərinin təkrarı kimi qiymətləndirərdim. Lakin burada ən vacib məqam ölkə başçısının bütün hallarda “Qarabağ münaqişəsi tarix olub” ifadəsini vurğulamasıdır”. Bu sözləri SİA-ya açıqlamasında deputat Müşfiq Cəfərov deyib.

Onun sözlərinə görə, ölkə başçısı keçmiş münaqişənin iki il bundan əvvəl həll olunduğunu açıq və qəti şəkildə ifadə etdi: “Ermənistan baş naziri Nikol Paşinyanın görüşdən əvvəlki publikaya oynayan “cəsarətli çıxışı” hər iki cəmiyyətdə müəyyən fikir qarışıqlığına səbəb olmuşdu. Lakin yenə də hər zamanki kimi Nikol Paşinyan sadəcə populist çıxışları ilə aranı qarışdırmağı hədəfləmişdi ki, buna nail ola bilmədi. Ermənistan hakimiyyəti tarix boyu asılı olmağa himayədarlar axtarışında olub. Bu 90-cı illərdə ondan əvvəl və bu gün də belədir.
Təəssüf ki, bu günə kimi baş tutan görüşlərdə vasitəçi dövlətlə mövqelərinin üst-üstə düşdüyünü qeyd edən Paşinyan İrəvanda tam başqa çıxışlar edir. Bu da onun iradəsiz və mövqesiz siyasi xəttindən irəli gəlir. Şübhəsiz ki, görüş ərəfəsində Paşinyanın və Qarabağ separatçılarının verdiyi açıqlamalar, təşkil etdikləri mitinq təsadüfi deyildi. Bu görüşdə də cənab prezident İrəvanla münasibətlərin normallaşması üçün 5 əsas prinsip irəli sürüb, bunun əsasında normallaşmaya nail olacağını bildirib. Bu 5 prinsip Azərbaycan dövlətinin milli maraqlarının ifadəsidir. Bəzi siyasi ekspertlər görüşün çətin keçəcəyi ilə bağlı əvvəlcədən müxtəlif proqnozlar verirdilər. Azərbaycan cəmiyyətində də təbii olaraq müəyyən narahatlıqlar müşahidə olunurdu”.
Deputat sözlərinə belə davam edib: “Ermənistan rəhbərliyinin təxribat və pozuculuq cəhdlərinə baxmayaraq Prezident İlham Əliyev Soçi görüşündə Azərbaycanın prinsipial və qətiyyətli mövqeyini növbəti dəfə uğurla müdafiə etdi. Ermənistan baş nazirinin bütün cəhdlərinə baxmayaraq Soçi görüşündə imzalanan yekun bəyanatda Qarabağla bağlı Ermənistanın istədiyi formada heç bir bənd öz əksini tapmadı. Qeyd edim ki, Qarabağla bağlı bütün məsələlər Azərbaycanın daxili işidir. Bütün vasitəçi dövlətlərin də buna hörmət etdiyi göz önündədir. İstər Qərbin, istərsə də Rusiyanın vasitəçiliyi bir məqama xidmət etməlidir - regionda sülh və sabitliyin təmin olunmasıəz
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB