İran qəbul etməlidir ki, regionda reallıqlar dəyişib - POLİTOLOQ DANIŞDI

İran qəbul etməlidir ki, regionda reallıqlar dəyişib - POLİTOLOQ DANIŞDI

“Son dövrlər İranın Azərbaycana münasibəti tamamilə qərəzlidir. Biz bunu həm Vətən müharibəsində, həm də müharibədən öncəki zaman kəsiyində görmüşük”. Bu sözləri SİA-ya açıqlamasında politoloq İlyas Hüseynov bildirib.

Onun sözlərinə görə, Cənubi Azərbaycanda olan soydaşlarımız qəddarlıqlarla qarşılaşır və soydaşlarımızın bütün hüquqları pozulur: “Öz ana dilində yazmaq, oxumaq, kütləvi informasiya vasitələrinə sahib olmaq hüquqları əlindən alınır. İslami dəyərlərdən, mədəniyyətdən, insaniyyət anlayışdan uzaq olan İran rejimi ölkədə olan bütün demokratik azadlıqları pozur.
Digər tərəfdən İranla Ermənistan arasında bu gün sıx münasibətlər özünü göstərir. Lakin İslam fundalitizmi əsasında dövlətin idarəetməsini təşkil edən Tehran daha çox Azərbaycanla münasibət qurmaq əvəzinə, İrana qucaq açır və Azərbaycanlıların qanına bulaşmışlara da eyni haqqı verir.
Bu gün də bu siyasət İran tərəfindən davam etdirilir. Eyni zamanda Azərbaycan sərhəddində hərbi təlimlərin iki dəfə keçirilməsi ölkəmizi hədələmək və təzyiq göstərmək üçün atılan addımdır. Lakin İran tərəfi qəbul etməlidir ki, regionda reallıqlar dəyişib”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə