Görüş zamanı danışılanlar mətbuata açıqlanmadı - EKSPERT ŞƏRH ETDİ
“Dünən Soçidə üç və ikitərəfli görüşlər baş tutdu. Belə ki, üçtərəfli görüşdən əvvəl cənab Prezident İlham Əliyevin Putinlə görüşü baş tutdu. Görüş nəticəsində müəyyən danışıqlar oldu və bu danışılanlar mətbuata açıqlanmadı”. Bu sözləri SİA-ya açıqlamasında siyasi ekspert Elşad Həsənov bildirib.

Onun sözlərinə görə, bildirilən isə Ermənistanla görüşə Azərbaycan tərəfi 5 əsas prinsiplə getmişdi və onun müzakirəsinin vacib olduğunu cənab Prezident diqqətə çatdırmışdı: “Bu görüşdə də əsasən bu beş prinsip ətrafında söhbət aparıldı. Eyni zamanda 2020-ci ilin. 9 noyabrında qəbul olunmuş bəyyanmənin müddəalarının yerinə yetirilməsi ilə bağlı məsələlər də müzakirə olunub. Bu haqda da görüş bitdikdən sonra verilən bəyanatda öz əksini tapıb. Bəyanatda isə əsasən Azərbaycanla Ermənistan arasında münasibətlərin kompleks şəklində formalaşdırılması, sülhün, sabitliyin, təhlükəsizliyin və Cənubi Qafqazın davamlı inkişafının təmin edilməsi naminə haqqında tərəflər razılığa gəliblər.
Regionda davamlı və uzunmüddətli sülhə nail olmaq məqsədilə Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi bağlanmasına hazırlaşmağın vacibliyi vurğulanıb.
Yəni ümumilikdə bu üçtərəfli görüşdə konkret nəsə əldə olunmayıb. Hər bir halda bu görüşü də olduqca müsbət dəyərləndiririk”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB