Makron Ermənistanı dəstəklədiyini açıq şəkildə bildirir - EKSPERT DANIŞDI
“Azərbaycanın zəfər qələbəsindən sonra Azərbaycana qarşı müəyyən qüvvələr və dövlətlər anti-Azərbaycan təbliğatı aparmağa başladılar. Bu addımı atanların içərisində elə birincilərdən biri də Fransa oldu”. Bu sözləri SİA-ya açıqlamasında siyasi ekspert Elşad Həsənov bildirib.

Onun sözlərinə görə, Fransada böyük erməni diaporu var və onlar həmişə seçkilər zamanı öz səslərini Ermənistanı müdafiə edəcək birinə verirlər: “Orada seçilən prezidentlər də daim bu məsələlərdə öz mövqelərini göstərirlər. Ancaq Makron seçkilərdən sonra müəyyən vaxt ərzində özünü adekvat apardı. Lakin son zamanlar, xüsusilə də Azərbaycan 44 günlük müharibədə qələbə qazandıqdan sonra, o daim Ermənistana dəstəyinin nümayiş etdirir, onların tərəfindən çıxış edir. Onlar həmsədrlərdən biri olmaqla 28 il ərzində heç bir iş görmədilər. Azərbaycan torpaqlarının boşaldılması üçün BMT-nin Təhlükəsizlik Şurasının qətnaməsini yerinə yetirmədilər. Həmin qətnamələrin hər biri göydə qaldı. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə torpaqlarımız işğaldan azad edildikdən sonra qətnamələr yerinə yetirildi. Azərbaycan Cənubi Qafqazda yeni güc mərkəzinə çevrilib. Eyni zamanda Cənubi Qafqazda Türkiyənin mövqeyi güclənib. Yəni burada Rusiya-Ukrayna müharibəsi getdiyi dövrdə Türkiyənin mövqeyi daha da güclənib. Ayın 6-da Praqada üçtərəfli görüşdə Makron özünü də bu görüşə daxil etdi. Ermənistanın baş naziri Paşinyan Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tanıdığını bildirdi. Azərbaycan da eyni zamanda Ermənistanın ərazi bütövlüyü və suverenliyini tanıdı. Burada Makronun yerli televiziyaya verdiyi müsahibəsində anti-Azərbaycan bəyanatları yaydı. Eyni zamanda Rusiyanı da ittiham etdi ki, guya İkinci Qarabağ müharibəsi zamanında Rusiya Azərbaycana köməklik göstərib. Makron burada açıq şəkildə bildirdi ki, Ermənistan bizim bacımızdı və bizim onları tək qoymaq niyyətimiz yoxdur”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB