“Paşinyanın Valday diskusiya klubunun toplantısında, həm də KTMT-nin toplantısında Azərbaycana qarşı hər hansı bir qərar qəbul etdirmək istəsə də, onun mövqeyi rədd edildi. Paşinyanın bütün hərəkətləri onun sülh müqaviləsinin imzalanmasında qeyri-səmimi olduğunu göstərir. Təbii ki, ermənidən başqa bir hərəkət gözləmək də mümkün deyil”. Bunu millət vəkili Azər Badamov “Səs” qəzetinə açıqlamasında bildirib.
Onun sözlərinə görə, erməni ancaq dara düşəndə razılaşdığını bildirir və sonra yenidən dili açılır: “Tarix bunu həmişə sübut etmişdir. Paşinyan da ermənidir və onunla hər hansı bir məsələni razılaşdırmaq üçün mütləq şəkildə ona təzyiq edilməlidir. KTMT-nin online iclasında Belarusiyanın prezidenti Aleksandr Lukaşenko Paşinyana daha doğru yolu göstərdi. Ermənistan istəyir ki, KTMT birtərəfli şəkildə Azərbaycana qarşı müharibə elan etsin və ermənilərə Azərbaycanın torpaqlarını alıb versin. 90-cı illərdə torpaqlarımızı sovet qoşununun əli ilə işğal etdiyi kimi, indi də KTMT yenidən bunu təkrarlamasını istəyir. Ermənistan bilmir ki, indiki Azərbaycan heç də 90-cı illərin Azərbaycanı deyil. Bu gün Azərbaycanın kifayət qədər gücü və beynəlxalq arenada dostları var ki, öz ədalətli mövqeyini müdafiə eləsin və düşmənlərin qalıqlarını torpaqlardan qovub çıxartsın. Ona görə də, Paşinyan bu günün reallıqlarını bu gün dəyərləndirməli və sülh müqaviləsinin imzalanmasına tələsməlidir. Çünki bu gün Azərbaycan sülh əlini uzatmışdır və belə bir fürsət Ermənistana bir də qayıtmaz”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB