“Soçidə keçiriləcək görüşdən hansısa ciddi nəticənin əldə olunacağına güman etmirəm” AÇIQLAMA
“Rusiya Prezidenti Vladimir Putinin Soçidə keçirmək istədiyi üçtərəfli görüş Avropa İttifaqını və ABŞ-ı qabaqlamaq məqsədi güdür”. Bunu “Səs” qəzetinə açıqlamasında ANAP-ın sədri Abutalıb Səmədov bildirib.
Onun sözlərinə görə, demək olar ki, Rusiya vasitəçiliyi heç kimə vermək istəmir: “Rusiya Prezidenti Vladimir Putinin cümə axşamı "Valday" forumunda çıxışı açıq şəkildə təxribat idi. Rusiya Prezidenti Vladimir Putin cümə axşamı "Valday" forumunda çıxış edərkən bunu deyib və əlavə edib ki, sülh müqaviləsi üçün variant seçimi Ermənistanın öz ixtiyarındadır. Amma o vurğulayıb ki, Vaşinqtondan gələn təklif Qarabağ üzərində Azərbaycanın suverenliyini əks etdirir”.
ANAP-ın sədri bildirib ki, Rusiya Prezidenti Vladimir Putin sözügedən Forumda bunları deyib: “Erməni xalqı və ya Ermənistan rəhbərliyi hesab edirsə ki, sülh müqaviləsinin bütövlükdə Qarabağ üzərində Azərbaycanın suverenliyinin tanınmasını nəzərdə tutan Vaşinqton variantı seçilməlidir, buyursunlar, özləri bilərlər. Ermənistan rəhbərliyi hesab edirsə ki, Qarabağın öz xüsusiyyətləri var və bu xüsusiyyətlər gələcək sülh müqaviləsində nəzərə alınmalı, danışılmalıdır, bu da mümkündür. Amma təbii ki, Azərbaycanla razılaşdırmaq lazımdır. Bu razılaşmaların qarşı tərəf - Azərbaycan üçün də məqbul olması lazımdır”.
A.Səmədov bildirib ki, Putinin bu fikirləri son dərəcədə yanlış və təxribatçı bəyanatdır: “Onun bu bəyanatından sonra Soçidə keçiriləcək görüşdən hansısa ciddi nəticənin əldə olunacağına güman etmirəm. Ancaq ola bilər ki, erməni ictimai rəyini Rusiyaya rəğbət ruhunda kökləmək istəyirlər və Ermənistanın qəbul etməyəcəyi bir sülh sazişi hazırlayıblar. Yəni bu da mümkündür. Çünki əvvəlcədən Pşainyan da dedi ki, Rusiyanın hazırladığı sülh sazişi bizi qane eləmir. Azərbaycanı guya Avropanın hazırladığı sülh sazişi qane etmir. Ancaq cümə axşamı "Valday" forumunda çıxışı zamanı Vladimir Putinin bəyanatı Soçidə ciddi razılaşmanın əldə olunmasını mümkünsüz edir”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB