"Siyasi Partiyalar haqqında qanun demokratiya tariximizdə yeni hadisədir" - DEPUTAT ŞƏRH ETDİ
"İlk dəfədir ki, siyasi partiyaların əksəriyyətinin iştirakı ilə belə mühüm kütləvi hadisə baş tutur. Məsələ ondadır ki, indiyədək heç vaxt Azərbaycanın siyasi palitrasının demək olar ki, bütün rənglərinin qatıldıldığı bir formatda belə kütləvi müzakirə olmamışıdı. Hazırki siyasi sistemimiz ötən əsrin 90-cı illərində əsası qoyulan və formalaşan siyasi sitemdir". Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu bildirib.
Onun sözlərinə görə, elə siyasi partiyalar haqqında mövcud qanunumuz da 1992-ci ildə qəbul edilmiş qanundur: "İndiki mərhələdə isə kordinal şəkildə dəyişən şərtlər var. Bu istər siyasi sistemimizi təyin edən əsas faktorlar, istərsə də demokratiyamızın inkişafının hazırki vəziyyəti ilə bağlı olan faktorlarla əlaqədəradır. Məsələn müstəqilliyimizin ilk illərində siyasi mübarizə, siyasi rəqabət və siyasi münasibətlər sistemimiz də ərazi bütövlüyümüz və keçmiş Qarabağ problemi kontekstində formalaşırdı. Bu faktorlar daima sosial-siyasi münasibətlərimizi təzyiq altında saxlayır, demokratik inkişafımızın obyektiv əsaslarda formalaşmasına təsir edirdi. Hazırda isə həm ölkəmizdə həyata keçirilən dərin siyasi islahatlar, həm də Vətən müharibəsindən sonra əldə etdiyimiz tarixi qələbəmiz kontekstində siyasi münasibətlər sitemimizin keyfiyyətcə yeni mərhələyə qədəm qoyması zərurəti yaranıb. Bu isə şübhəsiz ki, yeni hüquqi əsaslarda daha demokratik qanunlarla tənzimlənməlidir. Müzakirələr zamanı bəlli oldu ki, qanun layihəsinə 47 siyasi partiyadan 250-dən çox təklif daxil olub. Eyni zamanda 11 parlament partiyasının təşəbbüsü və Milli Məclis sədrinin dəstəyi ilə yeni qanun layihəsi ərsəyə gəlib. Bu isə o deməkdir ki, bu qanun layihəsinin həmməllüfləri elə 47 siyasi partiya yaxud onların təmsilçiləridir. Ona görə də siyasi partiyalar haqqında qanun layihəsi növbəti müzakirələrdə daha da cilanlanmaqla, təkmilləşməklə siyasi sistemimizin inkişaf etməsinə səbəb olacaq bir qanuna çeviriləcək. Bu isə bütün siyasi sistemimizin uğuru kimi qiymətləndirilməlidir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB