"İran öz siyasətində dəyişikliklər etməlidir" - POLİTOLOQ ŞƏRH ETDİ

"İran öz siyasətində dəyişikliklər etməlidir" - POLİTOLOQ ŞƏRH ETDİ

"İranın Azərbaycanla sərhəd ərazidə keçirdiyi təlimlər ikitərəfli münasibətlərə çox ciddi zərbə vurur". Bu fikirləri SİA-ya açıqlamasında politoloq İlqar Vəlizadə bildirib.

Onun sözlərinə görə, bu cür güc göstərişləri heç vaxt xeyir gətirmir: "Bu sayca 4-cü irimiqyaslı təlimlərdir. Digər təlimlərdə olduğu kimi bu təlimlər də Azərbaycana heç bir təzyiq göstərə bilməz. Çünki Azərbaycan kifayət qədər güclü bir ölkədir. Digər tərəfdən İran Azərbaycanla irimiqyaslı layihələrə maraqlı olduğunu gizlətmir. Bu yol-nəqliyyat, enerji, eyni zamanda sərhəd rayonlarda aparılan işlərlə bağlı layihələridir. Bu təlimlər bütün bu layihələrin həyata keçirilməsinə əngəl olur. Təssüflər olsun ki, bu layihələrin reallaşması da bir qədər qəlizləşir. İran tərəfindən yaradılan süni gərginlik davam etsə bu layihələri reallaşdırmaq çox çətin olacaq. Ona görə İran hakimiyyəti öz siyasətində dəyişikliklər etməlidir və öz maraqlarına uyğun olan siyasət yeritməlidir. Azərbaycan təzyiq etməklə İran regionda öz maraqlarını təmin edə bilməyəcək. Əksinə regionda gedğn vacib proseslərdən kənar vəziyyətdə qalacaqlar”.

Müəllif: Abutel İlhamqızı

Bütün xəbərlər Facebook səhifəmizdə