YAP-ın yaranmasının 30 illik yubileyi münasibəti ilə Yasamal rayonunda tədbir keçirilib FOTOLAR

YAP-ın yaranmasının 30 illik yubileyi münasibəti ilə Yasamal rayonunda tədbir keçirilib FOTOLAR

Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatının “Z.Xəlilov küç.35” (53 saylı tam orta məktəb) ünvanı üzrə ərazi partiya təşkilatında Yeni Azərbaycan Partiyasının yaranmasının 30 illik yubileyi münasibəti ilə tədbir keçirilib. Tədbirdə YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, YAP Yasamal rayon təşkilatının sədr müavini Elnarə Mustafayeva, 53 saylı tam orta məktəb direktoru, “Z.Xəlilov küç.35” ünvanı üzrə ərazi partiya təşkilatının sədri Tünzalə Zeynalova, və ərazi partiya təşkilatının nümayəndələri iştirak edib.

Tədbirdə ilk öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, sonra müasir, müstəqil Azərbaycan dövlətinin banisi ümummilli lider Heydər Əliyevin və Azərbaycan Respublikasının müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.Yeni Azərbaycan Partiyasının yaranmasının 30 illik yubileyi münasibəti ilə video çarx nümayiş olunub.Tədbiri giriş sözü ilə açan 53 saylı tam orta məktəb direktoru, “Z.Xəlilov küç.35” ünvanı üzrə ərazi partiya təşkilatının sədri Tünzalə Zeynalova qeyd etdi ki, yarandığı gündən Yeni Azərbaycan Partiyasının Ümummilli lider Heydər Əliyev tərəfindən müəyyənləşdirilən və uğurla tətbiq edilən əsas proqram məramı Azərbaycanın dövlət müstəqilliyinin qorunub möhkəmləndirilməsindən, ərazi bütövlüyünün təmin edilməsindən, demokratik, hüquqi, dünyəvi cəmiyyət qurulmasından, əmin-amanlıq, ictimai-siyasi sabitlik, milli həmrəylik, güclü və sosialyönümlü iqtisadiyyat yaratmaqdan ibarət olub və partiyamız bu 30 ildə öz məqsədlərinə uyğun fəaliyyət göstərib. Bu gün bu istiqamətdə əldə olunan nəaliyyətlər Yeni Azərbaycan Partiyasının Sədri, Prezident İlham Əliyevin əzmkar fəaliyyəti ilə bağlıdır.

Sonra çıxış üçün söz YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyevə verildi. B.Nəbiyev Azərbaycan dövlətçiliyinin inkişafında partiyamızın xidmətlərindən söz açıb. Qeyd edilib ki, Ulu Öndər Heydər Əliyev öz siyasi dühası ilə Azərbaycanın müasir simasını müəyyənləşdirib və xalqımızın taleyində silinməz izlər qoyub: “Bu izlərdən biri də Yeni Azərbaycan Partiyasıdır. Bu gün Azərbaycan Prezidenti cənab İlham Əliyevin sədri olduğu Yeni Azərbaycan Partiyası bizim qarşımıza xalqımıza, dövlətimizə sədaqətlə xidmət etmək, ictimai həyatda fəal olmaq və Azərbaycanın dövlət müstəqilliyinin qorunub saxlanılmasında yaxından iştirak etmək kimi önəmli vəzifələr qoyur. Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulan və Cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən yeni bir paradiqma kimi cəmiyyətə təqdim etdiyi azərbaycançılıq məfkurəsi xalqımızı ən çətin anlarda birləşdirən və həmrəy edən əsas amilə çevrildi. 44 günlük Vətən müharibəsi dövründə biz bu ideyanın nə qədər dəyərli və həyat qabilliyətli olduğunu bir daha gördük. Cənab İlham Əliyevin rəhbərliyi altında YAP-ın ideoloji tezislərindən faydalanan bugünkü Azərbaycan sürətlə dəyişən post-modern və digital dünyada milli-mənəvi dəyərləri qoruyaraq inkişafa nail olmağın mümkünlüyünü sübut edən tərəqqi modelinə çevrilib”..Çıxış edən edənlər- Şair Quliyev, Münəvvər Yusubova və Toğrul Məmmədov Yeni Azərbaycan Partiyasının ötən 30 il ərzində böyük inkişaf yolundan bəhs ediblər. Öz gücünü xalqın dəstəyindən alan Yeni Azərbaycan Partiyası ölkəmizdə davamlı islahatların həyata keçirilməsi, ictimai-siyasi sabitliyin qorunması, Azərbaycanın inkişafına, dövlət müstəqilliyimizin güclənməsinə, ölkəmizin beynəlxalq nüfuzunun artmasına milsilsiz töhfələr verilməsi qeyd edilib.

Tədbirinin sonunda bir qrup əməkdaşa fəxri fərmanlar təqdim olunub.

Nəzakət

Bütün xəbərlər Facebook səhifəmizdə