Yunan mediasında mübahisəli analiz!

Ankaranın 3 qolunu qələmə aldılar

Son zamanlar Türkiyə ilə Yunanıstan arasında gərginlik artdığı halda, Yunanıstan mediasında aparılan təhlil mübahisələrə səbəb olub. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, “Ankaranın 3 hədəfi” başlıqlı təhlildə Türkiyənin birinci planının Yunanıstanın tətiyi çəkməsinə nail olmaq, ikinci planın Yunanıstanla heç bir məhdudiyyət olmadan hər şeyi müzakirə etmək, üçüncü planın isə Yunanıstanın bu təklifi rədd etməsi olacağı iddia edilib.
Türkiyə ilə Yunanıstan arasında son aylarda gərginlik davam edərkən Yunan mediasından diqqətçəkən bir analiz gəldi. Yunanıstanın ən çox oxunan qəzetlərindən olan Kathimerini-nin ingiliscə nəşri kimi tanınan eKathimerini-nin baş redaktoru Aleksis Papachelasın imzaladığı təhlildə Ankaranın hədəfləri diqqətlə araşdırılıb.

Müəllif: Ziya Hikmət oğlu

Bütün xəbərlər Facebook səhifəmizdə