Şəhid Teymur Həsənovun əziz xatirəsi yad edilib FOTOLAR

Şəhid Teymur Həsənovun əziz xatirəsi yad edilib FOTOLAR

Vətən Müharibəsi bizim şanlı tariximiz, şəhidlər və qazilər qürur mənbəyimizdir. Xalqımız və dövlətimiz qəhrəman övladlarının şücaətini daim yüksək qiymətləndirir, şəhidlərimizin ruhuna ehtiramla yanaşır, xatirəsini uca tutur.Müstəqil Azərbaycanımızın tarixinə qızıl hərflərlə yazılmış 44 günlük Vətən Müharibəsi şəhidlərinin ailələrinə, qazilərinə Nəsimi rayonunda da daim yüksək həssaslıqla yanaşılır, diqqət və qayğı göstərilir.Rayon icra hakimiyyəti başçısının, Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatının sədri və şəhidin ailə üzvlərinin iştirakı ilə Vətən müharibəsi şəhidi Həsənov Teymur Mahal oğlunun şəhadət günündə əziz xatirəsi dərin hörmət və ehtiramla yad olunub, məzarı üzərinə gül-çiçək dəstələri düzülüb.Şəhidin ailə üzvləri göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.

Nəzakət ƏLƏDDİNQIZI

Bütün xəbərlər Facebook səhifəmizdə