"Müzakirə zamanı bir neçə məsələ diqqət çəkdi" - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ

"Müzakirə zamanı bir neçə məsələ diqqət çəkdi" - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ

Bildiyimiz kimi, bu gün Milli Məclisdə “Siyasi partiyalar haqqında” qanun layihəsi müzakirə olunub. SİA mövzu ilə bağlı müzakirədə iştirak edən deputat Ceyhun Məmmədovun fikirlərini öyrənib.

Onun sözlərinə görə, müzakirə zamanı bir neçə məsələ diqqət çəkdi: "Yəni, Azərbaycanda fəaliyyət göstərən bütün partiyalar bu müzakirəyə dəvət olundu və hər kəsə öz fikrini bildirmək üçün şərait yaradıldı. Çox geniş bir müzakirə keçirildi".

Ceyhun Məmmədov sözlərinə belə davam edib: "Qanunla bağlı bir çox təkliflər və müxtəlif fikirlər səsləndirildi. Bütün bu məsələlər dinlənildi və qeydlər aparıldı. Bu ilk müzakirədir. Müzakirənin nəticəsi olaraq qanuna yenidən baxılacaq və bir sıra müvafiq dəyişikliklər ediləcək. Ehtiyac yaranarsa yenidən müzakirə olunacaq.

Qanun önəmlidir. Çünki belə qanun ilk dəfə 1992-ci ildə qəbul edilib. Artıq Azərbaycan yeni bir mərhələyə qədəm qoyub və bu mərhələdə yeni bir qanunun hazırlanması, müasir yeniliklərin bu sənəddə əksini tapması xüsusi əhəmiyyət daşıyırdı. Bu gün belə bir sənədin ərsəyə gəlməsi də bu fikri təsdiq edir".

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə