Pirallahıda məktəblərarası şahmat turnirinə start verildi - FOTOLAR
24 oktyabr 2022-ci il tarixində Yeni Azərbaycan Partiyasının təsis edilməsinin 30 illik yubileyi münasibəti ilə YAP Pirallahı rayon təşkilatının Tədbirlər Planına əsasən orta məktəb şagirdləri arasında şahmat turnirinin açılış mərasimi keçirildi. SİA xəbər verir ki, yarışlar Pirallahı rayonunda Yavər Əliyev adına 235 nömrəli tam orta məktəbin idman zalında təşkil edilmişdir.
Turniri giriş sözü ilə açan YAP Pirallahı rayon təşkilatının sədri Emil Abasov Yeni Azərbaycan Partiyasının yaranma tarixindən, ölkəmizdə Ulu Öndər Heydər Əliyev və onun layiqli davamçısı görkəmli dövlət xadimi, Müzəffər Ali Baş Komandan, möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən idmana göstərilən diqqət və qayğıdan bəhs edərək yarışiştirakçılarına uğurlar arzuladı. Natiq şahmat üzrə 20 yaşadək gənclər arasında keçirilən dünya çempionatında Azərbaycanın həm kişilər, həm qadınlar arasında dünya çempionu olması faktının ölkəmizdə bu idman növünün indiki yüksək səviyyəsindən və gələcək uğurlu perspektivlərindən xəbər verdiyini xüsusi vurğuladı.
Qeyd edək ki, 04 noyabr 2022-ci il tarixində turnirin qalibləri müəyyənləşəcək və mükafatlarla təltif olunacaqlar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB