“İran sərhədlərdə dəyişikliyin olacağını güman edir” AÇIQLAMA

“İran sərhədlərdə dəyişikliyin olacağını güman edir” AÇIQLAMA

“Azərbaycanla həmsərhəd bölgələrdə olsa belə İranın hərbi təlimlər keçirməsi onun suveren hüququdur, lakin Azərbaycan ictimaiyyətində haqlı olaraq yaranan sual ondan ibarətdir ki, torpaqlarımızın işğal altında olduğu dönəmdə İran Azərbaycanla həmsərhəd bölgələrdə demək olar ki, bu kimi təlimlər keçirmirdi”. Bunu “Səs” qəzetinə açıqlamasında politoloq Elşən Manafov deyib.

Onun sözlərinə görə, İran Ermənistanla sərhədlərinin toxunulmazlığı mövqeyindən çıxış edir: “İran Zəngəzur dəhlizinin istifadəyə veriləcəyi təqdirdə bu sərhədlərdə dəyişikliyin olacağını güman edir. Halbuki İran bölgə ilə bağlı 3+3 formatında əməkdaşlığın tərəfdarı olduğunu bəyan edib və dəhlizin istifadəyə veriləcəyi təqdirdə bölgədə əməkdaşlıq imkanları genişlənəcək, onun iqtisadi rentabelliyi yüksələcək. Ermənistanla Azərbaycan arasında sərhədlərin demarkasiyasının keçirilmədiyi şəraitdə də rəsmi İrəvanın narahatlığının nədən qaynaqlanması da suallar doğurmaya bilmir. Azərbaycan, Türkiyə və Rusiya Ermənistandan Moskva razılaşmasının şərtlərinə uyğun olaraq sadəcə dəhlizin açılması üçün yekun qərarın verilməsini istəyirlər, dəhlizə nəzarəti isə Rusiya sərhədçiləri həyata keçirəcəklər”.

E.Manafov onu da bildirdi ki, rəsmi Tehranın da qayğılandıran Ermənistan vasitəsilə Avropaya ötürmək istədiyi yüklərin təyinatı ilə bağlı məsələlərə aydınlığın gətirilməsi ehtimalıdır: “Sirr deyil ki, hətta zamanında işğal altında olan ərazilərdən Əfqanıstandakı narkotik plantasiyalardan narkotiklərin daşınmasında İranda bəlli dairələr iştirak etmişdilər. Bu mənada İranın Azərbaycanla həmsərhəd bölgələrdə hərbi təlimlər keçirmək istəyi dolayısı yolla bəlli dəhlizin istifadəyə verilməsində maraqlı olan dövlətlərə əzələ nümayiş etdirməsi təsirini bağışlayır”.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə