Monteneqro Prezidenti gələn ilin əvvəlində növbədənkənar seçkilərin keçiriləcəyini bildirib
Monteneqro Prezidenti Milo Cukanoviç növbədənkənar seçkilərin 2023-cü ilin əvvəlində keçiriləcəyini deyib. SİA xəbər verir ki, M.Cukanoviçin sözlərinə görə, ölkə artıq dərin institusional böhranın son mərhələsinə qədəm qoyub. O, müxtəlif qrupların dövləti ələ keçirməyə çalışdığını, lakin bunun qarşısının alındığını bildirib.
M.Cukanoviç oktyabrın 23-də keçirilən yerli seçkilərdən sonra ölkədəki siyasi böhranın həll prosesinə girəcəyini, cəmiyyətin yaxşılaşacağı bir dövrün başlayacağını gözlədiyini, Monteneqronun demokratik və iqtisadi inkişafı ilə Avropa hədəfinə doğru irəliləyəcəyini vurğulayıb.
Qeyd edək ki, Monteneqroda Baş nazir Dritan Abazoviçin rəhbərlik etdiyi hökumət avqustun 19-da parlamentdə keçirilən etimadsızlıq səsverməsi nəticəsində buraxılıb.
Hökumətin buraxılmasına avqustun 3-də D.Abazoviçin Serb Pravoslav Kilsəsi Patriarxı Porfiriya ilə Monteneqroda Serb Kilsəsinə rəsmi statusun verilməsi ilə bağlı imzaladığı fundamental razılaşma səbəb olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB