“Qonaqlar burada törədilən vəhşiliklərin şahidi oldular” - OMBUDSMAN
“Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) təsisatının 20 illiyinə həsr olunmuş “Biznes və insan hüquqları sahəsində ombudsmanların və milli insan hüquqları təsisatlarının rolu” mövzusunda Bakı Beynəlxalq Konfransının iştirakçıları artıq Ağdamdadır”. SİA xəbər verir ki, bunu bu gün beynəlxalq konfransın iştirakçıları ilə birlikdə Ağdamda səfərdə olan Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva jurnalistlərə bildirib.
O qeyd edib ki, gələn qonaqlar Ağdamda Ermənistan silahlı qüvvələrinin törətdiyi vəhşilikləri, mədəni irsimizin, abidələrimizin dağıdılması faktları ilə tanış olurlar: “Konfrans çərçivəsində müharibə cinayətləri haqqında Ombudsman təsisatı və digər qurumların nümayəndələri ətraflı məlumat verdilər. Lakin qonaqların Ağdama səfəri olduqca əhəmiyyətlidir. Qonaqlarımız Avropa, Asiya, Afrika ölkələrindən gəlib. Onlar öz gözləri ilə burada törədilən vəhşiliklərin şahidi oldular.
2 günlük konfransda Bakı bəyannaməsi qəbul olundu”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB