Qubada şəhid Eynulla Lətifovun ailəsi ziyarət edilib - FOTOLAR
Yeni Azərbaycan Partiyası Quba rayon təşkilatının sədri Fidan Hüseynova və təşkilatın əməkdaşları, rayonun İkinci Nügədi kəndindən olan Vətən müharibəsi şəhidi Lətifov Eynulla Niyətulla oğlunun şəhid olduğu gün ilə əlaqədar ailəsini ziyarət ediblər. Görüşdə Eynulla Lətifovun şərəfli həyat və döyüş yolu, torpağa, milli-mənəvi dəyərlərə bağlılığı, müqəddəs şəhidlik zirvəsinə ucalmasından bəhs edilib, şəhid ailəsinin qayğı və problemləri dinlənilib.
Şəhidin ailə üzvləri göstərilən diqqət və qayğıya görə Cənab Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.Qeyd edək ki, Eynulla Lətifov Füzuli, Cəbrayıl və Xocavənd rayonlarının alınması uğrunda gedən döyüşlərdə iştirak edib. Oktyabrın 18-də Xocavənd istiqamətində gedən döyüşlər zamanı şəhidlik zirvəsinə ucalıb. Şəhidimiz, 20 oktyabr 2020-ci il tarixdə İkinci Nügədi kənd qəbiristanlığında torpağa tapşırılıb. Subay idi.
Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin müvafiq sərəncamları ilə Eynulla Lətifov ölümündən sonra "Vətən uğrunda", və "Xocavəndin azad olunmasına görə" medalları ilə, Qafqaz Media İctimai Birliyinin təsis etdiyi "Nur üzlü şəhidim" medalı ilə təltif olunmuşdur.
Vətənimizin bütövlüyü, torpaqlarımızın azadlığı uğrunda şəhid olan bütün Şəhidlərimizin əziz xatirəsini ehtiramla anırıq. Məkanları cənnət, ruhları şad olsun.
Allah bütün Şəhidlərimizə rəhmət etsin!
Nəzakət ƏLƏDDİNQIZI
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB