Lerikdə şəhid Tərzan Haşımovun anım mərasimi keçirilib FOTOLAR
Bu gün Lerik rayonun Bibiyani Vətən Müharibəsinin şəhidi, “Azərbaycan Bayrağı” ordenli Haşımov Tərzan Qəhraman oğlunun anım mərasimi keçirilib. Lerik Rayon İcra Hakimiyyəti başçısı Əkbər Abbasov, YAP Lerik Rayon Təşkilatının sədr müavini Elnur Məmmədov, hüquq-mühafizə orqanları, idarə, müəssisə, təşkilat rəhbərləri, ictimaiyyət nümayəndələri, Ərazi Partiya Təşkilatının fəalları, kənd sakinləri və şəhidin ailə üzvləri şəhidin məzarı önünə gül çiçək dəstələri düzərək, əziz xatirəsini ehtiramla yad ediblər.Mərasim iştirakçıları Bibiyoni kəndində şəhidlərin əziz xatirəsinə inşa edilmiş bulaq kompleksini ziyarət edib, üzərinə gül dəstələri düzərək xatirələrini ehtiramla yad ediblər. Həmçinin, eyni məzarlıqda uyuyan Vətən müharibəsi şəhidi Fərziyev Balaş İltizam oğlunun məzarı ziyarət edilib, xatirəsi ehtiramla yad edilib.Xatırladaq ki,şəhid Haşımov Tərzan Qəhraman oğlu 13 aprel 1989-cu ildə Lerik rayonunun Bibiyani kəndində anadan olub. 2010-cu il mart ayının 6-da Müdafiə Nazirliyinin əmri ilə gizir hərbi rütbəsi almış və Gəncə şəhərində yerləşən "N" saylı hərbi hissədə motoatıcı tağım komandirinin müavini vəzifəsində xidmət etməyə başlamışdır. 2016-cı ilin Aprel döyüşlərinin iştirakçısı olmuşdur. Azərbaycan Ordusunun Xüsusi Təyinatlı Qüvvələrinin giziri olan Tərzan Həşimov 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsi zamanı Cəbrayıl və Füzuli rayonunun azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib.Füzuli rayonu uğrunda gedən döyüşlər zamanıqəhramancasınaşəhidolub.
Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının medallarla təltif edilməsi haqqında Prezident İlham Əliyevin imzaladığı Sərəncamlara əsasən Haşımov Tərzan Qəhraman oğlu ölümündən sonra "Vətən uğrunda", "Cəbrayılın azad olunmasına görə", “Xocavəndin azad olunmasına görə”, "Cəsur döyüşçü" medalları, “Azərbaycan Bayrağı” ordeni ilə təltif edilib.Allah bütün şəhidlərimizə rəhmət eləsin.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB