"Zəngilan Azərbaycan üçün strateji əhəmiyyətli rayonlardan biridir" - QHT RƏSMİSİ ŞƏRH ETDİ
"Bu gün Zəngilan şəhərinin işğaldan azad olunmasının ikinci ildönümüdür. Sentyabrın 27-də başlayan 44 günlük müharinə zamanı oktyabr ayının 20-də Zəngilan şəhəri erməni faşistlərindən azad oldu". Bu fikirləri SİA-ya açıqlamasında Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə bildirib.
Onun sözlərinə görə, ümumiyyətlə Zəngilanın azad edilməsi ilə onun 4 qəsəbəsi və bütün kəndləri erməni işğalından azad edildi: "27 illik həsrətə son qoyuldu. Zəngilan rayonu Azərbaycan üçün strateji əhəmiyyətli rayonlardan biridir. Hər bir rayonumuz, hər bir kəndimiz bizim üçün doğmadır, əzizdir. Amma Zəngilan biraz fərqlidir. Çünki o bizim cənub qonşumuz olan İranla həmsərhəddir. Bu baxımdan Zəngilanın azad olunması və Araz boyu sərhədlərimizin bərpa edilməsi olduqca vacib şərtlərdən biri idi.
Zəngilan rayonu təbiətinə, florasına, faunasına görə digər bölgələrimiz kimi qiymətlidir. Zəngilan rayonun və kəndlərinin işğaldan azad edilməsi Azərbaycan ordusunun digər istiqamətdəki hücumlarının mövqeyini daha da gücləndirmiş oldu. Eyni zamanda digər işğal altında olan ərazilərimizə Azərbaycan Ordusu Zəngilanda məskunlaşıb və taktikasını genişləndirdikdən sonra hücum etmişlər.
Hazırda Zəngilan şəhərinə dövlət başçımız və birinci xanımın səfəri baş tutub. Oktyabrın 19-da ölkə başçısı və birinci xanım yaşayış obyektlərinin və digər obyektlərinin açılışında iştirak etdi. Bu gün böyük səbirsizliklə gözlədiyimiz Zəngilan Beynəlxalq Hava Limanının açılış mərasimi oldu. Həmçinin Türkiyənin Prezidneti Rəcəb Tayyib Ərdoğan da bu açılışda iştirak edib. Bu açılışın da məhz Zəngilan rayonunun işğaldan azad edildiyi tarixdə olması xüsusi əhəmiyyət kəsb edir. Düşünürəm ki, Zəngilan Beynəlxalq Hava Limanının açılışı bütün zəngilanlılar kimi bütün Azərbaycan xalqı tərəfindən sevinc və qürur hissi ilə qarşılanıb”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB