Azərbaycan münaqişəni özünümüdafiə hüquqlarından istifadə edərək həll etdi ŞƏRH
Cari ilin 14 oktyabr tarixində Astanada MDB Dövlət Başçıları Şurasının iclasında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev çıxış edib. Dövlət başçısı əvvəlcə öz həmkarlarını Azərbaycanda yaranan vəziyyətlə bağlı məlumat verib. Azərbaycan lideri bildirib ki, heç vaxt Qarabağ məsələsini MDB çərçivəsinə müzakirəyə çıxarmayıb, çünki münaqişənin həlli ilə ATƏT-in Minsk qrupu məşğul olurdu. Dövlət başçısı bildirib ki, 28 il keçməsinə baxmayaraq, bu illər ərzində Minsk qrupunun nəticəsi ürəkaçan olmamışdır. Burdan belə nəticəyə gəlmək olar ki, Minsk qrupu məsələnin həllinə yox, dondurulmasına köklənmişdir. Artıq münaqişə həll olunmuşdur. Biz özünü müdafiə hüquqlarımızdan istifadə edərək münaqişəni özümüz həll etməli olduq. Biz BMT Nizamnaməsinin 51-ci maddəsini əlimizdə əsas tutduq.
Vətən müharibəsi başa çatdıqdan sonra vəziyyət başqa cür inkişaf edir. Cari ilin Sentyabr ayında Azərbaycan-Ermənistan sərhədində silahlı toqquşmalar baş verdi. Bu, Azərbaycana qarşı törədilən hərbi cinayətdir. Vətən müharibəsindən sonra Azərbaycanın 250-dən çox vətəndaşı işğal dövründə basdırılan minaların partlaması nəticəsində ya həlak olub, ya da ciddi xəsarət alıb. Prezident həmçinin qeyd edib ki, Laçın rayonu ərazisindən Ermənistan istehsalı olan 1400 mina aşkarlanıb ki, bu minalar 2021-ci ildə Laçın rayonu ilə sərhəd ərazidə basdırılıb. Azərbaycan heç vaxt Ermənistan ərazisini işğal etmək niyyətində olmayıb.
Oktyabrın 6-da Praqada təşkil olunmuş görüşdə Dövlət başçısı xatırladıb və bildirib ki, dördtərəfli görüşdə bir neçə saat davam edən danışıqlar nəticəsində Ermənistan –Azərbaycan sərhədi yaxınlığında Ermənistan ərazisinə Avropa İttifaqının 40 nəfərdən ibarət mülki missiyasının göndərilməsi barədə qərar qəbul olundu. Bu missiyanın məqsədi tərəflərə sərhədlərin çəkilməsində delimitasiya ilə bağlı məsələlərin müəyyənləşdirilməsində kömək göstərməkdir. Sonra Prezident missiyanın Azərbaycan tərəfinə göndərilməsi cəhdinə qətiyyətlə rədd cavabının verilməsinə də aydınlıq gətirdi. Missiyanın Ermənistan ərazisində KTMT məsuliyyət zonasında yerləşdirilməsini söylədi. Dövlət başçısı Praqadakı görüşdən sonra Fransa Prezidentinin təhqiramiz,qəbulolunmaz, yalan, təxribat xarakterli bəyanatlarla çıxışından da söz açıb və bildirib ki, bu bəyanatlarda Azərbaycanı dəhşətli müharibə törətməkdə günahlandırıb. Lakin Azərbaycan beynəlxalq səviyyədə tanınan öz ərazisində müharibə aparıb. Daha sonra Prezident Fransanın xarici işlər nazirinin yalan bəyanatında, Azərbaycanın Parisdəki səfirliyinə edilən basqından, Ermənistan tərəfindən Azərbaycanın Livandakı və ABŞ-dakı səfirliklərinə qarşı törədilən təxribatlardan da danışıb. Son olaraq Prezident İlham Əliyev azad edilmiş ərazilərdə bərpa işlərindən və Qarabağ ermənilərinin taleyi məsələsindən də danışıb.
Fərid Mustafayev
YAP Yasamal rayon Elm və Təhsil Nazirliyinin Torpaqşünaslıq və Aqrokimya İnstitutu üzrə ərazi partiya təşkilatının sədr müavini
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB